AZ

Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır

 
"İranda "Mir" kartları xidmətinin işə salınması ilk növbədə Rusiyadan olan turistlərə kömək edəcək..."
 
"Pilot layihəsi transsərhəd ödənişlərinin aparılmasını asanlaşdıracaq, Rusiya ilə İran arasında işgüzar əlaqələri nizama salacaq..."
 
Rusiya və İran müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə davam edir. O cümlədən, İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsini işə salmağa hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" nəşri İranın Rusiya səfirliyinin ticarət attaşesi Möhsün Rəhimiyə istinadən məlumat verib.
 
Lakin diplomat əlavə edib ki, bu proses zaman tələb edir. Hazırda məsələnin texniki tərəfinin üzərində iş gedir.
 
Mütəxəssislər qeyd edir ki, pilot layihənin işə salınma sürəti hər iki tərəfin maraqlı olmasından asılıdır.
 
Belə ki, "Anderida Financial Groop"-unun təsisçisi Aleksey Tarapovski hesab edir ki, İranda "Mir" kartları xidmətinin işə salınması üç aydan yarım ilədək vaxt apara bilər.
 
Maliyyə Universiteti Strateji və İnnovasiya İnkişafı kafedrasının dosenti Mixail Xaçaturyan isə güman edir ki, bu layihəyə yayın sonunda və ya payızın əvvəlində start veriləcək.
 
Rusiya Beynəlxalq Ticarət Palatasının baş katibi Tatyana Monegen qeyd edir ki, texniki məsələlərlə yanaşı, tərəflər bir çox kommersiya və hüquqi şərtləri razılaşdırmalıdır.
 
Mixail Xaçaturyan və Analitik Kredit Reytinq Agentliyi (AKRA) maliyyə institutları reytinq qrupunun baş direktoru İrina Nosova hesab edir ki, İranda "Mir" kartları xidmətinin işə salınması ilk növbədə Rusiyadan olan turistlərə kömək edəcək.
 
2023-cü ildə İranı cəmi 10, 7 min rusiyalı ziyarət edib. Lakin bu istiqamət sonuncular üçün sanksiyalar və Avropanın əksəriyyət ölkələrinə uçuşlara qoyulan məhdudiyyətlər fonunda daha da tələb edilir.
 
"Finam" maliyyə qrupunun analitiki İqor Dodonov Moskva ilə Tehran arasında ticarət dövriyyəsinin artdığını qeyd edir.
 
İranda "Mir" sisteminin işə salınması transsərhəd ödənişlərinin aparılmasını asanlaşdıracaq, Rusiya və İran şirkətləri arasında işgüzar əlaqələri nizama salacaq.
 
Rusiya xatırladır ki, İranda "Mir" kartlarının işə salınması barədə ilk razılaşmalar hələ 2022-ci ildə əldə edilib.
 
Mümkündür ki, Moskva ABŞ-ın "Mir" sisteminin "Ödənişli kartların milli sistemi" operatoruna qarşı bu ilin fevral ayında tətbiq etdiyi sanksiyalar fonunda bu layihə üzrə işi sürətləndirməyə qərar verib.
 
İndi bu təşkilat İranın maliyyə institutları ilə ABŞ tərəfindən məhdudiyyətlərdən asılı olmayaraq işləyə biləcək.
 
Amerika sanksiyalarının tətbiqindən sonra Ermənistan, Qazaxıstan və Qırğızıstanın əksəriyyət bankları "Mir" sistemi ilə işləməkdən imtina edib, "Mir Pay" mobil əlavə isə mağazalardan yoxa çıxıb. 
 
Aprelin 3-dən "Sumsung Pay" servisinin istifadəçiləri "Mir" kartından istifadə edə və onları ödəniş vasitəsi kimi əlavə edə bilmir. 
 
Çinin "UnionPay" ödəniş sistemi də "Mir-UnuionPay" kartlarının Rusiyanın hüdudlarından kənarda işini bloklayıb.
 
Aprelin əvvəlində Rusiyanın işgüzar "Kommersant" nəşri məlumat verib ki, yaxın zamanlarda Tacikistan və hətta Belarus bankları "Mir" kartları ilə işləməkdən imtina edə bilər.
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla