AZ

"Putin" filmi böyük reaksiyalara səbəb olub - VİDEO

Rusiya lideri Vladimir Putinin süni intellekt tərəfindən canlandırıldığı film Polşada geniş müzakirələrə səbəb olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polşalı rejissor Patrik Veqanın hazırladığı “Putin” filmi gələn ilin sentyabrında 35 ölkədə nümayiş olunacaq.

Rusiya liderinin həyatından bəhs edən “psixoloji dəhşət” filmində süni intellektlə təsvir edilən Putin diktator kimi göstərilir.

Bildirilib ki, Polşada AIO studiyası tərəfindən "deepfake" texnologiyası ilə hazırlanan ingilis filmi 3 illik zəhmətin nəticəsidir.

Rejissor Veqa, "Bizim filmimiz müasir siyasətin ən mübahisəli simalarından birinin məqsəd və hərəkətlərinə işıq salır. Putini 20 min səhnə üçün studiyaya dəvət etmək imkanımız yox idi, buna görə də filmdə əsl insan modelinə əsaslanmadan sinematik xarakter yaratmaq üçün qabaqcıl süni intellekt texnologiyamızı istehsal etdik", - açıqlamasında deyib.  

Filmdə Putinin uşaqlığı, hakimiyyətə gəlişi, ABŞ ilə münasibətləri, Çeçenistan və Ukrayna müharibələri kimi mövzular yer alır.

Gülayə Mecid 

Seçilən
13
41
Mənbələr
Şərh ()
Bağla