AZ

Yeni robotlar satışa çıxarılıb - Video

Yeni

Amerikanın “Throvflame” şirkəti dördayaqlı “Thermonator”-u satmağa başlayıb. Tərtibatçılar onu “ilk robot it” adlandırırlar.

Reyting.az
-ın məlumatına görə, şirkətin rəsmi saytında qeyd olunur ki, robotu 9420 dollara almaq mümkündür.

“Thermonator” xüsusilə qar və buzlu havada təmizlik işləri görə, əyləncə üçün istifadə oluna bilər.

Onu robot dünyasında geniş yayılmış “First Person View” sistemi ilə idarə etmək mümkündür.

Mütəxəssislər bildirir ki, yeni məhsulun ortaya çıxması çox geniş nəticələrə səbəb ola bilər, söhbət təkcə əyləncədən getmir.

Konseptual olaraq “Thermonator”-a bənzəyən robotdan müharibədə də istifadə edilə bilər.

Qeyd edək ki, son illərdə ABŞ fəal şəkildə əsaslı robot sistemləri yaradır. Söhbət təkcə kifayət qədər tanınmış “robot itlər”dən getmir. Bu yaxınlarda Amerikanın “Boston Dynamics” şirkəti insanabənzər robotun yeni nəslini nümayiş etdirib. Yeni məhsul irəliyə doğru əhəmiyyətli bir addım kimi yerləşdirilib. Hətta onun sələfi də hər kəsin bacarmadığı mürəkkəb fəndləri yerinə yetirə bilər.



V. QULİYEV
Seçilən
71
3
Mənbələr
Şərh ()
Bağla