AZ

Zubiri istəyən klublar – SİYAHI

Fransa Liqa 1-də çıxış edən “Tuluza” “Qarabağ”ın futbolçusu Abdellah Zubiri transfer etmək istəyir.

Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, cari mövsüm UEFA Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin mövsümün sonunda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatdığından, onunla Liqa 1-in bir neçə klubu maraqlanır. Bunların arasında bəlli olanı “Tuluza”dır.

Lakin Fransanın Lill şəhərində doğulmuş futbolçu üçün rəqabət böyükdür. Belə ki, Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq” və Səudiyyə Ərəbistanının “Ər-Riyad” klubları onunla maraqlanır. Futbolçunun hətta Asiya klubundan təklif də aldığı bildirilir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla