AZ

“Yuventus” İtaliya Kubokunda yeni rekorda imza atdı

“Yuventus” İtaliya Kubokunun cari mövsümünün yarımfinalında “Latsio”nu mübarizədən kənarlaşdıraraq, finala yüksəlib.

Arena.az xatırladır ki, “Yuventus” cavab səfər oyununda “Latsio”ya 1:2 hesabı ilə məğlub olmasına rəğmən, ilk oyundakı 2:0 hesablı ev qələbəsi sayəsində finala vəsiqəsini təmin edib.

Vurğulayaq ki, “qoca sinyora” cütün qalibi olmaq üçün xeyli güc sərf edib. Cavab oyununda əsas vaxtı 0:2 hesabı ilə məğlub olmuş “byankoneri”, əlavə vaxtda “qartallar”ın qapısına gərəkli bircə qolu vurmağa müyəssər olub.

Beləliklə, Turin klubu rekord sayda – 22-ci dəfə İtaliya Kubokunun finalına yüksəlib. Bu göstəricidə ikinci klub “Roma”dır, “canavarlar” İtaliya Kubokunun finalında 16 dəfə iştirak ediblər.

“Qoca Sinyora” İtaliya Kubokunu 14 dəfə qazanıb.

2023/2024 mövsümü İtaliya Kubokunun final oyunu may ayının 15-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Xatırladaq ki, İtaliya Kubokunun finalına ikinci vəsiqə “Atalanta” ilə “Fiorentina” arasında oynanılacaq. Florensiyadakı ilk oyunda “bənövşələr” 1:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu bu gün -aprelin 24-də Berqamoda keçiriləcək.

Seçilən
93
42
Mənbələr
Şərh ()
Bağla