AZ

Bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur

Laçın. Trend:

Bu il Cəbrayılda 712 mənzildən ibarət böyük bir kompleks tikilirvə iki aydan sonra bir hissəsi təhvil veriləcək. Bu kompleksə 712ailənin köçürülməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə jurnaıistlərə AzərbaycanRespublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O qeyd edib ki, ümumilikdə 2022-2026-cı illəri əhatə edən DövlətProqramına əsasən, Zəngilan, Cəbrayıl və Qubadlıda 24 kənd, 5qəsəbə və 3 şəhərin tikilməsi planlaşdırlır.

“Zəngilanda da evlərin tikilməsi davam edir. Artıq 13 binadanibarət kompleks tikilir və bu il Zəngilan şəhərinə də sakinlərköçəcək. Rayonun Cahangirbəyli kəndində hazırda tikinti işlərihəyata keçirilir və əhalinin köçürülməsi planlaşdırılır. Qubadlırayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintibaşlanılıb və həmin kəndlərə köç nəzərdə tutulur”, - deyə o əlavəedib.

V.Hacıyev əlavə edib ki, ümumilikdə 2022-2026-cı illərdəZəngilan, Cəbrayıl və Qubadlı rayonlarına 40 min nəfərinköçürülməsi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
20
5
Mənbələr
Şərh ()
Bağla