AZ

 Professor: “Paşinyanın başqa çıxış yolu qalmayıb”

Azərbaycan və Ermənistanın arasında ikitərəfli razılaşmadan sonra Qazağın 4 kəndinin azad edilməsi və sərhədin müəyyənləşdirilməsinə başlanılması Ermənistanda morginal millətçi qrupların etirazı ilə qarşılandı. Keçirilən etiraz aksiyaları sülh prosesinə mane ola bilərmi?

Mövzunu Herbiand.az-a şərh edən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov  bildirib ki, Ermənistanın işğalı altında olan torpaqlarımızın geri qaytarılması həm regionda, həm də regiondankənar ekspertlərin diqqəti mərkəzindədir və bu heç də təsadüfü deyil:

“Çünki Ermənistan mövcud olduğu dövr ərzində ilk dəfədir ki, ona qarşı silah tətbiq olunmadan işğal altında saxladığı torpaqları geri qaytarır. Bu faktı həm də Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin başlanması hesab etmək olar. Paşinyan bir neçə ay bundan əvvəl elan etdiyi prosesin Tavuş bölgəsindən başlanmasını da həyata keçirə bildi. Mütəxəssislər sərhədlə bağlı danışıqların davam etdiriləcəyini proqnozlaşdırırlar. Təbii ki, Ermənistan tərəfindən bu prosesə mane olmaq istəyən qüvvələrin istəklərinə çata bilməsələr Azərbaycan tərəfi hadisələrin gedişinə mane olmayacaq”.

Baş verən akiyanın qarşısını almaq məqsədilə  polis dəstələri əraziyə cəlb olunub və iştirakçlar saxlanılıb. Bu addımı Ermənistanın sülh istəyinin nəticəsi kimi hesab etmək olarmı?

“Son hadisələri Ermənistanın sülh istəməsi ilə əlaqələndirilə biləcəyi bir qədər mübahisəlidir. Düşünürəm ki, Paşinyan və onun rəhbərlik etdiyi hakimiyyət başqa çıxış yolu qalmadığına görə bu addımı atdılar. Yəni onların Fransa, Aİ və nəhayət ABŞ-a bağladıqları ümidləri özünü doğrultmadı İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətləri normal məcraya salmadan təhlükəsizliklərinə təminat olmadığını nəhayət başa düşdülər. Eyni zamanda, bu prosesin digər torpaqlarımızın da işğaldan azad olunması istiqamətində ilk addım olduğunun da fərqində olmalıyıq. Azərbaycan 1921-ci ildən bəri Ermənistana verilən torpaqları da azad olunmaq yolunu gözləyir. Düşünürəm ki, bu torpaqları da "Dəmir Yumruğun" köməyinə ehtiyac qalmadan azad etmək mümkün olacaq”.

Emin ŞİRVANZADƏ

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla