AZ

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz Amirov deyib.

 

"2017-ci ildə cəmi 1.7 milyon dollarlıq dövriyyə olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olub. Ötən il isə daha fantastik artım olub. Belə ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları keçib".

 

Ekspert qeyd edib ki, bu göstəricinin 59,3 milyon dolları ixracın payına düşüb.

 

“Bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur. Bu statistika onu deməyə əsas verir ki, ixracın şaxələndirlməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”.

 

Ülkər Abdurahmanlı

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla