AZ

"Xoş münasibətlər yüksək səviyyədə davam edəcəkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezidentin Rusiya səfəri Azərbaycan və Rusiya arasında yaxın strateji əməkdaşlıq, müttəfiqlik münasibətlərini bir daha təsdiq edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Millət vəkili bildirib ki, bu görüşdə cənab Prezidentin həm Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı söylədiyi fikirlər, həm də Rusiya-Azərbaycan arasındakı münasibətlərin indiki səviyyəsi, dünyada gedən proseslər və münaqişələr zamanı hər iki ölkənin tutduğu mövqeyi, xüsusən Cənubi Qafqazda gedən proseslərdə Rusiyanın rolu, Azərbaycanın aparıcı mövqeyi qeyd olunmuşdur: "Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, istər Sovetlər birliyində olan birgə dövlətdə yaşadığımız müddətdə, istərsə də sonrakı müstəqillik dövründə müxtəlif istiqamətdə hər iki dövlətin, xalqın müxtəlif prizmalardan baxılacaq inkişaf tarixi olmuşdur. Amma bir məsələ Cənab Prezidentin çıxışında xüsusilə qeyd olundu ki, Sovetlər Birliyinin inkişafında Azərbaycanın rolu danılmazdır.

Ulu Öndərin Sovetlər ittifaqının ən ali idarəetmə orqanlarında təmsiliyyəti həm Azərbaycan xalqının bu inkişafa verdiyi töhfənin bir nümunəsidir, həm də Ulu Öndərin parlaq siyasi şəxsiyyət kimi Sovetlər İttifaqının siyasi arenasında parlamasının nümunəsidir. Məhz bu təməllər üzərində də sonrakı Rusiya-Azərbaycan münasibətləri, Rusiyanın rəhbəri Vladimir Putinlə Azərbaycanın özünəməxsus münasibətlərinin bir növ analizi idi. O cümlədən hal-hazırda dünyada gedən gərgin proseslərdə digər qonşularımızla olduğu kimi regional güc olaraq, Rusiya ilə müstəqilliyimizə hörmət edilərək, Azərbaycanın haqlı milli maraqları ən üst səviyyədə tutularaq Cənab Prezidentə olan hörmət, diqqətin yüksək olduğunun nümunəsini gördük. Bütün bunlar ümid verir ki, bundan sonrakı müddətdə də dünyada gedən proseslərdə bu iki dövlət birgə əməkdaşlıq, suverenliyə hörmət, hər bir dövlətin müstəqilliyinə hörmət prinsipləri çərçivəsində bu münasibətləri inkişaf etdirsin. Bundan sonra hər iki xalq arasında olan xoş münasibətlər yüksək səviyyədə davam edəcəkdir".

Müəllif: Söylü Ağazadə
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla