AZ

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyasıvə sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizincigörüşündə 4 kəndin Azərbaycana qaytarılması dünyada böyük səs-sədayaratdı.

Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiqfövqəladə və səlahiyyətli səfiri və
“İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O qeyd edib ki, bu, Azərbaycanın yeni uğurlarından biridir.

"Bu, onu göstərir ki, Azərbaycan öz torpaqlarını heç vaxtbaşqasına buraxmayacaq. Təbii ki, dörd kəndin geri qaytarılması çoxvacibdir. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasındabirbaşa keçirilən səkkizinci görüşdə digər ölkələrin müdaxiləsiolmadan bu kəndlər qaytarıldı. Nə Avropa İttifaqı, nə ABŞ, nə dəFransa bu işə qarışdı. Bu, o deməkdir ki, uzaq ölkələrin, regionaheç bir aidiyyəti olmayan ölkələrin müdaxiləsi problemi yalnızuzadır. Ona görə də bura kölgə salmasınlar, qarışmasınlar, onlardanheç nə gözlənilmir. Çünki sülh müqaviləsinin imzalanmasınınuzanmasının səbəblərindən biri başqa dövlətlərin bu prosesəmüdaxilə etməsi, ona kölgə salmasıdır. Deməli, kölgə salmasalar, buproblemləri həll etmək mümkündür.

Bu, dünyaya çox-çox önəmli bir mesajdır. Bundan əlavə, bu dördkəndin ikitərəfli danışıqlar yolu ilə Azərbaycana qaytarılması onugöstərir ki, hazırda sülh sazişinə gedən yol yaxın və qısadır.Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonraTürkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq", - deyə obildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevinxidmətinin media üçün məlumatında deyilir ki, 2024-cü il aprelin23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındasərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatlarındəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyiquraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla