AZ

İndiki vəziyyət Paşinyanı sülhə getməyə məcbur edir – Politoloq

Qazaxın 4 kəndinin azad edilməsi Ermənistanda heç də birmənalı qarşılanmır. Hətta buna etiraz edənlər aksiyalar da təşkil edir. Dünən isə Paşinyan sosial şəbəkə hesabında sərhəd dirəyi şəklini paylaşıb. Baş nazirin bu paylaşımını Ermənistanın sülh istəyinin təzahürü hesab etmək olarmı?

Mövzunu Herbiand.az-a şərh edən politoloq Turan Rzayev əvvəlcə Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağa ardıcıl səfərlərini və davranışını yada saldı:

“Şuşada yallı gedib “innaqurasiya” mərasiminə qatılan Paşinyanın sülh istiqamətində real addım atdığını demək bir qədər çətindir. Burada əsas məsələ odur ki, Paşinyan üzləşdiyi reallıqlar və siyasi vəziyyətə uyğun hərəkət edir”.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ reallığı aradan qalxıb indi gündəlikdə Ermənistan-Azərbaycan münasibətləridir:

“Yəni əgər 5 il öncəyə qədər biz Dağlıq Qarabağ ətrafında Ermənistanla nəyisə müzakirə edirdiksə, bu gün Ermənistanla Azərbaycan arasındakı məsələlər müzakirə olunur. Və artıq Paşinyan başa düşür ki, sülh imzalanmasa, bu, Azərbaycanın genişmiqyaslı növbəti əməliyyatlar aparmaq imkanını tanıyır. Çünki müharibə davam edirsə, tərəflərdən biri sülhə məcburetmə əməliyyatlarını apara bilər. Düzdür, Azərbaycan tərəfinin belə bir niyyəti yoxdur. Və rəsmi Bakı dövlətlərin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmət etdiyini dəfələrlə qeyd edib. Amma bütün halda belə bir hüququmuz da vardı. Bu gün də davam edir. O vaxta qədər ki, yekun sülh müqaviləsi imzalanacaqdır. Paşinyan da bunun fərqindədir. Və artıq iki dəfə böyük və bir neçə dəfə xırda əməliyyatların şahidi olduğu üçün başa düşür ki, Azərbaycan deyir və bunu edir”.

Paşinyan da bunları bildiyi üçün artıq anlayır ki, Azərbaycanla məsələni uzada bilməyəcək. Buna görə də prosesi bitirmək istəyir. O, Qərbə inteqrasiya etmək istəyirsə, burada həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri normallaşdırmalı, sərhədləri açmalı, siyasi, iqtisadi, diplomatik münasibətləri bərpa etməlidir. Və məhz bundan sonra Qərbə inteqrasiya edib Qərb ailəsinin bir parçası olmaq siyasətini davam etdirilə bilər. Bunun olub olmayacağını zaman göstərəcək. Amma bugünkü sülh prosesinin Ermənistan konteksində pərdə arxası məqamları hesab edirəm bundan ibarətdir”.

Elnurə İSAXAN

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla