AZ

Əli Kərimli dağıdıcı müxalifətin “qrant yeyən” dəllalı hesab olunur ANALİZ

AXCP sədrinin xəsisliyi partiya daxilində ciddi narazılıqlar yaradıb

Tarixi gerçəkliklərə nəzər yetirdikdə, qısa və birmənalı şəkildə demək olar ki, Azərbaycan heç zaman indiki kimi güclü və qüdrətli olmayıb. Buna görə Fateh Sərkərdə, Prezident İlham Əliyevə min dəfələrlə təşəkkürlər olsun. Məhz Onun müdrik, uzaqgörən diplomatik siyasi bacarığı, hərbi komandanlığı sayəsində Azərbaycanın 30 il erməni işğalı altında olmuş torpaqları 44 günlük Vətən Müharibəsi ilə azad edildi, sonrakı mərhələdə separatçılar Xankəndidən və ətraf ərazilərdən təmizləndi, nəhayət, aprelin 19-da Qazağın işğal altında olan 4 kəndi Azərbaycana qaytarıldı, bununla yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinin ərazidən çıxarılmasına başlanılıb. Bütün bunlar Azərbaycanın böyük gücünün və qüdrətinin göstəricisidir. Həm də tarixi, hərbi, siyasi zəfərlə təsdiq olundu ki, bu gün Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur, ölkəmiz istənilən güc mərkəzini qısa vaxtda məhv edib sıradan çıxartmaq qüdrətinə malikdir. Ona görə də müəyyən təxribatçı qrupların, mərkəzlərin Azərbaycanın uğurlarına qarşı qısqanclıqla yanaşıb, aradabir zəncirdə olan it kimi boş-boşuna hürmələri mənasız və cəfəng hürməkdən başqa bir şey deyil. Belə demək olar ki, "it hürər karvan keçər". Düzdür, ağız-ağıza verib Azərbaycana qarşı hürənlərin arasında sapı özümüzdən olan baltaların da olması müəyyən qədər təəccüb və təəssüf doğurur. Lakin dərinə gedib aydınlaşdırdıqda məlum olur ki, sapı özümüzdən olan baltaların dolanışığı və yaşayışları həmin mərkəzlərin ayırdıqları maddi təminatdan çıxır, o zaman hər şey aydın olur. Başa düşürsən ki, dağıdıcı müxalif ünsürlər məhz pula-paraya şirnikib cızıqlarından çıxıb, yolunu azanların sırasına qoşulublar. Təbii ki, hər hansı siyasi partiyanın xarici ölkədən maliyyələşməsi qadağandır, bu, hüquqi məsuliyyət yaradır. Baxmayaraq ki, Ə.Kərimli, C.Həsənli müəyyən hallarda xaricdən əldə etdiyi maliyyə vəsaitinin əsas mənbəyini gizlədir. Lakin görünən dağa nə bələdçi? Hər kəs bilir ki, AXCP, Müsavat, Milli Şura ABŞ-ın və Avropanın qaranlıq dairələrinin ayırdığı maliyyə vəsaiti hesabına hay-küy qaldırıb, ölkəmizin maraqlarına zərər vurmağa çalışırlar.

"Xarici agentlər haqqında qanun" qəbul edilsə, Əli Kərimli və Cəmil Həsənli siyasətdən gedəcəklər

Belələrinə qarşı sərt cəza tədbirləri görülməlidir. Əminliklə demək olar ki, "Xarici agentlər haqqında qanun" qəbul edilməsi Əli Kərimli, Cəmil Həsənli, İlqar Məmmədov, Arif Hacılı və digər məxluqların ifşa edilməsinə münbit şərait yaradar. Artıq bir sıra ölkələr, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Norveç, Macarıstan, Fransa, Belçika, Niderland Polşa,Türkiyə və digər ölkələr "Xarici agentlər haqqında qanun" qəbul ediblər. Yaxın qonşumuz Gürcüstan dövləti də "xarici agentlər haqqında qanun" layihəsini qəbul etməyə hazırlaşır. Layihəni hakim "Gürcü Arzusu" partiyasını rəsmən tərk etmiş hökumətyönlü deputatlardan ibarət "Xalqın Gücü" qrupu təqdim edib. Onlar təşəbbüslərini elan edərkən layihənin "açıqlıq və şəffaflıq prinsiplərinə" əsaslandığını bildiriblər. Düzdür, müxtəlif xarici ölkələrə agentlik edən siyasi, ictimai təşkilatlar, KİV təmsilçiləri qanun qəbul edilməsinin qarşısını almaq üçün neçə gündür ki, Tbilisinin mərkəzi meydanlarında etiraz aksiyaları keçirirlər. Hətta vəziyyət o həddə çatıb ki, Gürcüstanın prezidenti də hökumətin parlamentə təqdim etdiyi qanun layihəsini tənqid edib və "Gürcü Arzusu" partiyasını "Gürcüstanın kabusu" adlandırıb. Lakin bütün etirazlara baxmayaraq Gürcüstan parlamentinin qanunu qəbul edəcəyi gözlənilir. Çünki bir sıra KİV-lər, siyasi partiyalar, onlayn media, QHT-lər açıq şəkildə xarici dövlətlərdən maliyyələşir və maliyyə aldıqları dövlətlərin bəzi maraqları çərçivəsində çıxış edirlər. Bu isə hökuməti ciddi narahat edir. Gürcüstan parlamentinə təqdim oluna qanun layihəsinə görə, "Xarici qüvvələrin agentləri" hesab edilənlər illik gəlir bəyannamələrini mütləq təqdim etməli olacaqlar. Ədliyyə Nazirliyinin "xarici qüvvələrin agentləri" hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyəti olacaq.

Əli Kərimli trollarının maaşını azaldıb

Analoji qanun Azərbaycanda da qəbul edilsə, Əli Kərimli, Cəmil Həsənli, İlqar Məmmədov, Arif Hacılı və onların trollarının sosial şəbəkələr üzərindən müəyyən qüvvələrə agentlik etmələrinin qarşısı alınar. Onlar ən azı məsuliyyətlərini dərk edər və qanunun sərt şapalağının onlara dəyə biləcəyini başa düşərlər. Təbii ki, ifşa olunmaları ilə sözügedən məxluqlar siyasi məzhəkələrini dayandırmalı olacaqlar. Əks halda onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Nəzərə almaq lazımdır ki, hazırda ən çox qrant alan siyasi təşkilat AXCP-dir. Yəni, Ə.Kərimli dağıdıcı müxalifətin "qrant yeyən" dəllalı hesab olunur. Hər ay o müxtəlif xarici ölkələrdən maliyyə yardımları alır. Düzdür, Ə.Kərimli aldığı xarici qrantlardan ətrafındakı trollarına qəpik-quruş verir. Ancaq son vaxtlar AXCP-dəki bəzi trollar aylıq maaşlarının kəsilməsində ödənməyib, Ə.Kərimliyə etiraz etməyə başlayıblar. Hətta məsələ ötən gün AXCP İdarə Heyətinin toplantısında da müzakirə olunub. Trolbaşı İlham Hüseyn dostlarının narazlığını Ə.Kərimlinin diqqətinə çatdırıb. Ə.Kərimli isə mitinq öncəsi partiya daxilində qalmaqalların yaranmasını arzu etmədiyindən İ.Hüseynə problemi qısa müddətdə aradan qaldıracağına vədini verib. Lakin bu sözlər İ.Hüseyni qane etməyib və xəbərdarlıq edib ki, azaldılan aylıq maaşlar ödənilməsə, o zaman mitinqə qatılmaqdan imtina olunacaq. Məhz bu cür ultumativ xəbərdarlıqdan sonra Ə.Kərimli idarə heyətinin iclasını yarımçıq kəsərək, kiməsə zəng etmək üçün qarşı otağa keçib. Bu cür hallar onu deməyə əsas verir ki, Ə.Kərimlinin ətrafında olanlar yalnız pula aludə olanlardır. Təbii ki, pul olmayacağı və ya aylıq razılaşdırılmış ənənəvi ödənişlər azaldılacağı halda trolların AXCP-də qalması mümkün olmayacaq.

İLHAM ƏLİYEV

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla