AZ

Alleqri “Yuventus”un kubokun finalına yüksəlməsini şərh etdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “byankoneri”nin İtaliya Kubokunun finalına yüksəlməsini şərh edib.

Arena.az xatırladır ki, “Yuventus” cavab səfər oyununda “Latsio”ya 1:2 hesabı ilə məğlub olmasına rəğmən, ilk oyundakı 2:0 hesablı ev qələbəsi sayəsində finala vəsiqəsini təmin edib.

Vurğulayaq ki, “qoca sinyora” cütün qalibi olmaq üçün xeyli güc sərf edib. Cavab oyununda əsas vaxtı 0:2 hesabı ilə məğlub olmuş “byankoneri” “qartallar”ın qapısına gərəkli bircə qolu vurmağa müyəssər olub.

Alleqri matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Bu oyunda səbrli olmaq gərək oldu, amma bunun baş verəcəyini bilirdik, xüsusən də qol buraxdıqdan sonra. İkinci hissəni yaxşı keçirdik. Finala yüksəlmək heç vaxt asan deyil. Son üç il ərzində biz iki İtaliya Kubokunun finalına ev sahibliyi etmişik. İndi diqqətimizi A Seriyasına yönəltməliyik, çünki hələ Çempionlar Liqasına vəsiqə qazanmamışıq.

Yaxşı bilirdik ki, İtaliya Kubokunda iştirakımızı başa vursaq, bu, “Milan”la qarşıdakı oyundan öncə psixologiyamıza mənfi təsir göstərəcək. Gəlin, nala-mıxa vurmayaq: “Yuventus”da təzyiq çox böyükdür və bu, uşaqlar üçün sınaq idi. “Latsio”nun çox yaxşı oynamasına rəğmən, iki oyunun nəticəsinə əsasən, düşünürəm ki, biz finala yüksəlməyə layiq idik”, – “Football Italia” dərgisi italyan mütəxəssisin sözlərindən sitat gətirir.

Xatırladaq ki, İtaliya Kubokunun finalına ikinci vəsiqə “Atalanta” ilə “Fiorentina” arasında oynanılacaq. Florensiyadakı ilk oyunda “bənövşələr” 1:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu bu gün – aprelin 24-də Berqamoda keçiriləcək.

Seçilən
65
42
Mənbələr
Şərh ()
Bağla