Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 79 fələstinlinin həyatını itirdiyi, 86 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 min 262-yə, yaralıların sayının isə 77 min 229-a yüksəldiyi qeyd edilib.
Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Elnur
BakuPost