AZ

Ruslar Şri Lankaya pulsuz viza müddətini uzada bilərlər

Şri-Lanka hakimiyyəti Rusiya vətəndaşları üçün pulsuz viza xidmətinin müddətini uzatmağı düşünür.

RİA Novosti bu barədə ada dövlətinin Rusiyadakı səfiri Canita Liyanageyə istinadən xəbər verir.

“Əvvəlcə vizanın martın 31-dək pulsuz olması planlaşdırılırdı, lakin sonra onun daha bir ay uzadılmasına qərar verildi. İndi məsələ üzərində iş gedir, bəlkə daha da uzadılacaq”, – diplomat izah edib.

Ötən ilin noyabrında Şri-Lanka Rusiya, Hindistan, İndoneziya, Çin, Malayziya, Tailand və Yaponiya vətəndaşlarına pulsuz vizaların verilməsi proqramına start verib. Mart ayında Şri Lankanın İctimai Təhlükəsizlik Naziri Theran Alles, proqramın “uzadılmasının mümkün olmadığını” və pilot layihənin 31 mart 2024-cü ilə qədər davam edəcəyini, lakin müddətinin uzadıldığını bildirdi.

Mənbə: RİA Novosti

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla