AZ

Ankara və Bakı Şərqi Qərblə birləşdirir

Bakı. Trend:

"Düşünürəm ki, İraqa səfərim və imzalanmışanlaşmalar Türkiyə-İraq münasibətlərində yeni dönüş nöqtəsiolacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfərininnəticələrinə həsr olunmuş bəyanatında belə deyib.

Sadəcə Türkiyədə yox, bütün Yaxın Şərqdə, Cənubi Qafqazda,Mərkəzi Asiyada və Şimali Afrikada "Rəis" kimi tanınan dünyamiqyaslı siyasətçinin, dövlət adamanın açıqlaması reallığı tam əksetdirir.

Fəqət, Türkiyənin dövlət başçısı bir sıra məqamlardan bəhsetmədi və o məqamlar arasında ən əsası budur: Ərdoğan sadəcə,Türkiyə və İraq arasında münasibətlərin yeni, çox intensiv dövrünəstart verməklə yanaşı, Azərbaycanın da bölgədə geostrateji,geosiyasi və iqtisadi, habelə loqistik imkanlar əldə etməsinişərtləndirib.

12 illik fasilədən sonra İraqa səfər edən Türkiyənin dövlətbaşçısı Rəcəb Tayyib Ərdoğan ilk əvvəl Bağdadda ölkə rəhbərliyi iləgörüşərək danışıqlar apardı, daha sonra isə İraın şimalındakıKürdüstan Muxtariyyətinin mərkəzi şəhəri Ərbilə yollandı.

Səfərin belə qrafiki Türkiyənin bütün qonşuları, o cümlədənİraqla mövcud problemləri həll etmək strategiyasına uyğundur.

Ərdoğanın səfərinə hazırlıqlar ötən ilin payızında başlanmışdı.Hazırlıq prosesində səfər əsnasında imzalanmış 26 sazişin mətnlərirazılaşdırılmaqla yanaşı, bilavasitə müzakirələr də aparıldı.

Hakan Fidan və İbrahim Kalının Bağdada səfərləri də bununlabağlı idi.

Əsas məsələlərdən biri təbii ki, İraqın şimalında məskunlaşmışterrorçu PKK qruplaşması ilə bağlı Ankara və Bağdadın ortaq mövqeəldə etmələriylə bağlı idi.

Səfərin leytmotivini isə Türkiyə və İraq arasındakı ikitərəflimünasibətlərin strateji müstəviyə keçirilməsi təşkil edirdi.

Eyni zamanda, "İnkişaf Yolu" adlandırılan meqalayihəyə də startverilməli idi.

Bu layihə İraqın cənubunda, Fars Körfəzinin sahilində yerləşən,ərəblərin "Mina əl Fau əl Kəbir" adlandırdıqları Qrand-Foulimanından Türkiyəyə ümumi uzunluqları 1200 km-dən artıq dəmiryolvə avtomobil yollarının inşası nəzərdə tutulub.

Habelə, təqribən 10 il istifadəyə edilməyən İraq-Türkiyə neftboru kəmərində nəqlin bərpası da plandadır.

"İnkişaf Yolu" layihəsinin önəmi sadəcə, Qrand-Fou limanınındanvə Bəsrə şəhərindən Türkiyəyədək uzaqacaq kommunikasiyalardeyil.

Bağdadda aparılan danışıqlarda İraq prezidenti Əbdüllətif Rəşidvə baş nazir Məhəmməd əl Sudaninin də dedikləri kimi, Ankara-Bağdadvektorunda əlaqələrin aktivləşməsi bütün Yaxın Şərqdə və ətrafbölgələrdəki vəziyyətdə ciddi dəyişikliklərə səbəb ola bilər.

Səbəblər var və onlar önəmsiz deyil.

Rəsmi Ankara Bağdaddan terrorçu PKK qruplaşmasının Bağdadtərəfindən rəsmən terror təşkilatları siyahısına daxil edilməsinigözləyir.

İraqın hakimiyyət dairələri etiraz etmirlər, lakin bu qərarınmüqabilində Türkiyənin Dəclə və Fərat çayları ilə bağlı probleminhəllində Bağdada yardımçı olmasını istəyirlər.

Bağdad Ankaradan sözügedən çaylardakı su səviyyəsininartırılmasını gözləyir.

Səbəb bəsitdir: İraqda istehlak edilən içməli suyun təqribən 70faizinin mənbəyi Dəclə və Fərat çaylarıdır.

İraq isteblişmenti bəyan edir ki, 2021-ci ildən Türkiyədən gələnçaylarda suyun səviyyəsinin düşməsi nəticəsində suvarılan əkinsahələrinin ümumi sahəsində 50 faizlik azalma var. Dəclə və Fəratçaylarında su səviyyəsi artmazsa, bu ilin sonunadək əkinsahələrinin daha 25 faiz azalacağı istisna olunmur.

Ankara isə problemi Bağdadla sıx işbirliyi şəraitində həlledəcəyini bəyan edib.

Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin əsas qayələrindən vəmövzularından biri olan "İnkişaf Yolu" layihəsi Fars Körfəzindənyüklərin Türkiyəyə, oradan da Avropa İttifaqı ölkələrinədaşınmasını nəzərdə tutur.

Total sərmayə qoyuluşunun 17 milyard dollar səviyyəsindədəyərləndirildiyi layihə çərçivəsində sürətli dəmiryol marşrutununvə bu marşrut boyunca 15 stansiyanın inşası planlaşdırılıb.Цмумиййятля ися, Анкара вя Баьдад лайищяйя 23,8 милйард долларсярмайя гойаъаглар.

Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlunun dediyinəgörə, layihə ilə bağlı son qərar verilib. Lakin marşrutun normalfəaliyyəti üçün İraqın şimalındakı dağlıq ərazilərə sığınmışterrorçu PKK qruplaşmasının hər hansı formada problemləryaratmasının qarşısı sərt və qətiyyətli şəkildə alınmalıdır.

Layihədə nəzərdə tutulmuş marşrut üzrə daşımaların illikhəcminin 2030-cu ildə 20 milyard dollara çatdırılması nəzərdətutulub.

”İnkişaf Yolu”na regionun digər dövlətləri də qatılmaqniyyətindədir. Belə ki, Qətərlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)artıq layihədə yer almaq qərarlarını açıqlayıblar.

Qətərin nəqliyyat naziri Casim bin Səif bin Əhməd əl Suleyti vəBƏƏ-nin energetika naziri Süheyl Məhəmməd əl Məzrui Bağdadayollanaraq “İnkişaf Yolu” ilə bağlı Türkiyə, İraq, Qətər və BƏƏarasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasında iştirakediblər.

Ümumiyyətlə, “İnkişaf Yolu” layihəsinin Yaxın Şərqlə bahəm,qonşu regionlar üçün əhəmiyyətini dəyərləndirmək çətindir.

Layihə ABŞ-ın müəllifi olduğu, Hindistanda başlayaraq YaxınŞərqdən keçən və Avropa İttifaqına çıxan Hindistan-YaxınŞərq-Avropa İqtisadi Dəhlizi (India-Middle East-Europe EconomicCorridor, İMEC) marşrutuna alternativdir.

İMEC Türkiyə ilə yanaşı, Azərbaycandan və Mərkəhi Asiyaölkələrindəən də yan keçir.

BƏƏ İMEC layihəsinin iştirakçısı olduğundan, ABŞ və Hindistananə üçün Türkiyənin reallaşdırmağa başlayacağı “İnkişaf Yolu”naqatıldığını izah etməlidir.

17 milyard dollar investisiya tələb edən «İnkişaf Yolu» inşaediləndən sonra ildə 4 milyard dollar xalis gəlir gətirməkləyanaşı, ən azı 100 min yeni iş yerinin yaranmasına səbəb olacaq.Məhz bu səbəbdən sözügedən layihəyə Çinin də qatılacağı şübhədoğurmur.

Azərbaycaqn Yaxın Şərq ölkəsi olmasa da, “İnkişaf Yolu” layihəsiBakı və Ankaranın birgə reallaşdırdıqları layihələrə, habeləiştirakçı qismində qatıldıqları loqistika marşrutalrına əlavə, özüdə çox güclü impuls verəcək.

Həmin layihə vasitəsilə Azərbaycan Şərqi Zəngəzurdan QərbiZəngəzura, oradan Naxçıvana, daha sonra isə Türkiyəyə keçənmarşrutlarını sonradan Fars Körfəzindəki limanlaradək uzanacaqloqistika istiqamətləri ilə birlşədirmək imkanı əldə edəcək. Eynizamanda, Fars Körfəzindən yüklər çox qısa yolla Türkiyəyə vəAzərbaycana, daha sonra isə Mərkəzi Asiya ölkələrinə daşınabilər.

Azərbaycanın qatıldığı Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" və digərlayihələrin "İnkişaf Yolu" ilə Türkiyədə birləşəcəyi haldaAvrasiyada bir sıra ölkələr Avropa İttifaqına çox rahat, rentabellivə qısa loqistika marşrutlarıəldə edəcəklər.

Belədə yüklər Çin, Pakistan, Mərkəzi Asiya ölkələri və RusiyadanAzərbaycanla Türkiyədən keçmək şərtilə Avropa İttifaqına, Avropadanisə Sakit Okean sahillərinədək geniş areala mövcud şərtlərdəndəfələrlə sərfəli invariasiyalarda daşınacaq.

Rusiyadan İrana və əks istiqamətdə loqistika marşrutu olan"Şimal-Cənub" layihəsinin Qəzvin-Rəşt-Astara hissəsi tam istifadəyəveriləndən sonra Azərbaycan regionda tranzit ticarət və daşımadövriyyəsini minimum 2 dəfə artıra biləcək.

"İnkişaf Yolu" layihəsinə gəldikdə isə, Ankara və Bağdad, habeləbu layihəyə qatılmış ölkələr və qatılmaq fikrində olan dövlətlərləmüvafiq danışıqlar aparılandan sonra layihə Mərkəzi Asiya-Qaradəniz, Mərkəzi Asiya-Avropa İttifaqı, Çin-Avropa İttifaqı, Avropaİttifaqı-Çin, Rusiya-İran, İran-Rusiya, İran-Qara dəniz və Qaradəniz-İran istiqamətlərində daşımaların reallaşdırmaq imkanlarınayiyələnəcək.

Bir müddət sonra isə məhz Azərbaycanın iştirakı sayəsindəsözügedən layihə müxtəlif nəqliyyat-kommunikasiya marşrutlarınainteqrasiya ola biləcək.

Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı, Qaradəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında ticari,nəqliyyat və loqistika ələqələrinin inkişafında tranzit məkanqismində önəmini daha da artıracaq. Eyni zamanda, Avropa İttifaqıölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin arasında multimodaldəhlizin effektiv fəaliyyətində Azərbaycanın iştirak payı dəfələrləyüksələcək.

Ən nəhayət, “İnkişaf Yolu” marşrutunun Azərbaycanın ən fəaliştirakı ilə həyata keçirilən Rəqəmsal Nəqliyyat Qovşağı və TASİMlayihələrinə qoşulması Fars Körfəzindən Avropa İttifaqınadaşımalara Yaxın Şərqin bir çox ölkələrini cəlb etmək imkanlarınıformalaşdıracaq.

... Azərbaycan və Türkiyə beynəlxalq yük və sərnişin daşımalarısahəsində razılaşdırılmış siyasət yürüdür, multimodal daşımalarıintensivləşdirmək üçün yeni layihələrə start verirlər. Bütün bunlarAnkara ilə Bakının regional əməkdaşlıqda lokomotiv rol oynadığınıbir daha nümayiş etdirir.

Seçilən
25
3
Mənbələr
Şərh ()
Bağla