AZ

İrəvanda bayraqların yandırılmasına millət vəkilindən reaksiya: “Ermənistanda faşizm milli ideologiya kimi nümayiş etdirilir”

 

“Qaregin Njdenin ideologiyası ilə, türk nifrəti ilə yaşayanlar başqa cür davrana bilməzlər. Onlar öz nifrətini ifadə etməlidirlər. Hazırda İrəvanın küçələrində faşist marşları ilə özlərini nümayiş etdirən bu qüvvələr təəssüf ki, ermənilərin əsas ideologiyasını təbliğ edirlər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Asim Mollazadə İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını şərh edərkən bildirib. Millət vəkili qeyri-qanuni təbliğatla bağlı beynəlxalq qanunlara diqqət çəkib:

“Onların gücü ancaq bayraq yandırmağa çatır. Döyüş bölgəsindən qaçıb gizlənənlər ancaq bayraqları yandırmaqla türklərə olan hislərini ifadə edirlər. Onlardan başqa cür davranış gözləmək mümkün deyil. Təəssüf ki, beynəlxalq ictimaiyyət buna diqqət yetirmir. BMT-nin bir sıra sənədlərində faşizmə münasibətin qeyri-qanuni olduğu qeyd olunub. ancaq Ermənistanda faşizm milli ideologiya kimi nümayiş etdirilir. Beynəlxalq ictimaiyyət isə bunu görmək yaxud görmək istəmir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla