AZ

Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram

Littl Belsi təxəllüslü avstraliyalı boksçu həbsdədir. Həyat yolu olduqca qalmaqallı olan qadın idmançı dəmir barmaqların arxasına üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə çalışır. Ancaq bu ona asan başa gəlmir.

Əsl adı Arabella Del Busso olan idmançı reqbiçi Coş Reynoldsun keçmiş sevgilisidir. Eyni zamanda model, influenser, və realiti-sou ulduzu kimi tanınan Arabellea daha çox bu münasibət sayəsində şöhrət qazanıb.

Qadın idmançı sevgisini qorumaq üçün müxtəlif yollara əl atıb. O, hətta saxta hamiləlik hekayəsi də qurub. Cütlük hətta uşaqların cinsiyyətini açıqladıqları ziyafət də təşkil ediblər. Lakin sonra boksçu uşağını itirdiyini bildirib. Bir müddət sonra saxta hamiləlik yalanı təkrarlanıb.

Yalanları ağrılı və qalmaqallı olsa da, o, buna görə deyil, başqa əməlinə görə cəzalandırılıb. Söhbət iş yerində törətdiyi cinayətdən gedir. 2019-cu ildə "Integrated Specialty Care"də işləyərkən 40 min avrodan çox pul oğurlayıb. Bu hərəkətinə görə 20 ay həbs cəzası alıb.

"Daily Mail" Sidney həbsxanasında cəza çəkən avstraliyalı qadının yazdığı məktubu dərc edib. Orada o, dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtın dəhşətli təfərrüatlarını açıqlayıb. Eyni zamanda məhbus yoldaşının onu bıçaqlamaqla hədələdiyini də bildirib:

"Axtarışlar ən alçaldıcı şeydir. İki zabitin qarşısında paltarımı soyunmalı olanda özümü alçaldılmış hiss edirəm. Biri qarşımda, digəri arxamda dayanır. Mən də büstqalter və alt paltarımı çıxarıb əyilməli oluram. Belə kiçik bir məkanda hamının gözü qarşısında başqaları ilə duş qəbul etmək, tualetə getmək, paltar dəyişmək əlverişsizdir. Mən burada özümü təhlükəsiz hiss etmirəm. Çünki mən ictimai xadiməm. Hamı mənim kim olduğumu bilir, ya da gec-tez öyrənəcək”, - deyə o məktubunda həbsxananın ağır reallığını təsvir edir.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla