AZ

Kim Çen Inın bacısı Cənubi Koreya rəsmilərini itlərlə müqayisə edib

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çonq Cənubi Koreya rəsmilərini itlərə bənzədib və Cənubi Koreya KXDR-ə qarşı hərbi addım atmağa qərar verərsə, onun məğlub olacağına söz verib.

Bu barədə Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Qorxmuş it yaxşı hürür, lakin bu yaxınlarda Koreya bandalarının liderləri hürməklə bütün sərhədləri keçiblər. Əgər onlar öz ağalarına güvənərək bizə qarşı hərbi əməliyyatlar keçirməyə çalışsalar, dərhal məhv ediləcəklər”, – Ki deyib.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla