AZ

Fransa klubu Abdullah Zubiri istəyir

”Qarabağ”ın oyunçusu Abdullah Zubir karyerasını Fransa çempionatında davam etdirə bilər. 

İdmanxeber.az “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, Liqa 1 klubu “Tuluza” fransalı oyunçunu heyətinə qatmaq istəyir. Zubirin “Qarabağ”la müqaviləsi bu ilin yayında başa çatır. 

”Tuluza” hazırda 37 xalla Liqa 1-də 11-ci yerdədir.

Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla