AZ

Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir

Ələsgər

Bu gün Xətai Rayon Məhkəməsində “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatətinə baxılıb.

Reyting.az
-ın “Turan”-a istinadla verdiyi məlumat görə, iclasdan sonra vəkil Aqil Layıc jurnalistlərə deyib ki, vəsatət Ələsgər Məmmədlinin səhhətinin pisləşməsi ilə əlaqədar verilib.

"Hazırda onun həbsdən azad edilməsi hüquqi məsələdən daha çox humanitar məsələdir", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, Məmmədlinin qalxanabənzər vəzində şiş var və o, böyüyür. Lakin Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinə və istintaq orqanına dəfərlərlə müraciət olunmasına baxmayaraq, Məmmədlinin ixtisaslaşmış mütəxəssislər tərəfindən müayinəsi və müalicəsi üçün şərait yaradılmayıb.

Müdafiə tərəfi DİN-ə müraciətində hətta DİN-nin hospitalında müayinəyə razılıq verib. Lakin Ədliyyə Nazirliyinin Tibb İdarəsinin 16 aprel tarixli cavabında Məmmədlinin səhhətində problem olmadığı, qalxanabənzər vəzində şiş olmadığı və ambulator və ya stasionar müalicəyə ehtiyacı olmadığı iddia edilirdi, deyə vəkil qeyd edib.

Layıcın sözlərinə görə, iclasda istintaq tərəfi bu məsələnin 4-5 gün ərzində həllini öz üzərinə götürdüyünə inandırıb. Bununla əlaqədar müdafiə tərəfi vəsatəti müvəqqəti olaraq geri çəkib. 5 gün ərzində məsələ həll olunmasa vəsatət yenidən veriləcək.

Vəkil deyib ki, Məmmədlinin səhhətigetdikcə daha da pisləşir və prosesdə çətinliklə nəfəs alırdı. "Şişlə əlaqədar yata bilmir, iştahı yoxdur və çox arıqlayıb", - deyə vəkil qeyd edib.

Xatırladaq ki, 6-8 mart tarixlərində “Toplum” TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ibtidai həbsə məruz qalıb, iki nəfər isə polis nəzarətinə verilib.

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.
Seçilən
84
5
Mənbələr
Şərh ()
Bağla