AZ

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmişərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkküredib.

Trend xəbər verir ki,Azərbaycan dövlətinin başçısı mətbuata bəyanatında deyib: “MənSadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası vəyenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirməkistərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan özvəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyatakeçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıqvə məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Beləqardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyətkəsb edir”.

Seçilən
8
25
Mənbələr
Şərh ()
Bağla