AZ

AzMİU-da “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)təşkilatçılığı ilə “WORK4CE” layihəsi çərçivəsində Pilot tədrishəftəsinə start verilib.

AzMİU-da Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE“WORK4CE” layihəsi çərçivəsində beynəlxalq dərəcəli professor vəmüəllim heyəti tərəfindən dərslər təşkil olunub.

Layihənin ilk günü AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetininprofessoru, sözügedən layihənin rəhbəri Galina Tabunshchikinbaşçılıq etdiyi İspaniyanın Basq Ölkəsinin UniversitetindənCarolina Cruz, Jon Aretxaga, Belçika Löven Katolik UniversitetindənPeter Arras, Tegoeh Tjahjowidodo, Almaniyanın Dortmund TədbiqiElmlər Universitetinin professoru Dino Schoenberg və ThorstenRubendən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə, həmçinin Erasmus+ Azərbaycan Milli Ofisinin direktoruPərviz Bağırov, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoruprofessor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiridosent Fərhad Əliyev, “WORK4CE” layihəsinin koordinatoru İsaMuradov və layihənin üzvləri Xanlar Qəniyev, Şahmar Rəfili, KənanHəsənov, Sərxan Talıbzadə iştirak edib.

Söhbət zamanı layihə ilə bağlı görülən işlər, iştirakçılarqarşısında qoyulan öhdəliklər, AzMİU-nun layihədəki rolu, gələcəkzəruri addımlar barədə danışılıb. Xüsusilə, universitetlər vəbiznes qurumları arasında əməkdaşlığın genişləndirilməsiistiqamətində layihənin faydalı tərəflərinə toxunulub. Həmçiningörüşdə layihə çərçivəsində AzMİU ilə Almaniyanın Dortmund TədbiqiElmlər Universiteti arasında imzalanacaq ikili diplommüqaviləsindən də danışılıb.

Görüşdən sonra qonaqlar layihə çərçivəsində yaradılan tədrisauditoriyaları və laboratoriyalar ilə tanış olublar.

Universitetdə təşkil olunan tədris həftəsinin məqsədi Work 4.0konsepsiyalarının təhsilə inteqrasiyasında Avropauniversitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyalarınAzərbaycan universitetlərinə tədris olunan fənlərarası yanaşmalaravə sənaye əməkdaşlığına diqqət yetirməklə daxil edilməsi üçünpraktiki strategiyalar üzərində müzakirələr etməkdir.

Məqalədə:
Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla