AZ

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Bakı, 24 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində Zəngilan rayonunun Ağalı kəndində valideynlər üçün görüş təşkil edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitənin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov görüşdə uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, atalıq məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Ailə bir ağacdır” sosial çarxı nümayiş olunub.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla