AZ

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur, ya da o məhsul bitmiş olur. Bəs görəsən, bu nə ilə bağlıdır? Bunun qarşısını necə almaq olar?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Sonxeber.az-a aıqlama verib.

İqtisadçı bildiirb ki, bu məsələyə hequqi qiymət verilməlidir:

"Təəssüf ki, şəhərin əksər yerlərində yerləşən mağazada endirimlərlə bağlı təqdim edilən informasiyalar reallığı əks etdirmir. Əksər haldahəqiqəti əks etdirməyən endirimlər insanların narazılığı ilə nəticələnir. Bu marketinq siyasəti olsa belə, istehlak hüquqlarının pozulması ilə nəticələnirsə, bu məsələyə aidiyyatı qrumlar üzrə baxılmalıdır. Bu məsələ ilə müvafiq quruma müraciət edilməlidir. Bundan sonra isə məsələyə hüquqi qiymət verilməlidir. Bu proses iqtisadidən daha çox, hüquqi qiymət daşıyır."
Marketlər

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla