AZ

Paşinyanı son zamanlar səsləndirdiyi fikirlərə və atdığı addımlara məcbur edən nədir?- ŞƏRH

“Paşinyanın son günlərdə verdiyi bəyanatlar və işğal altında olan 4 kəndimizin qaytarılmasına nail olduğunu səmimi saymaq olarmı? Təbii ki, sualı cavablandırmaq üçün Paşinyanın son illər ortaya qoyduğu xarakterini dərindən nəzərdən keçirmək lazımdır. Onun son zamanlar daha mülayim olması, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaradılması barədəki müsbət fikirləri hansı hadisələrin təsiri altında formalaşması ciddi maraq doğuran məsələlərdir”.

Bu fikirləri Editor.az-a  açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bir neçə il bundan öncə Qarabağın Ermənistan torpağı olması barədə ultimatum kimi fikir səsləndirən və sonra nöqtəni qoyanın elə Paşinyan özü olduğunu xatırladıb:

“Onun əvvəlki bəyanatlarını nəzərdən keçirərkən səmimi
olmadığı fikri formalaşır. Belə olan surətdə Paşinyanı son zamanlar səsləndirdiyi fikirlərə və atdığı addımlara məcbur edən nədir? Təbii ki, Azərbaycanın diplomatiya sahəsində atdığı uğurlu addımlar və xaricdən gələn təzyiqlərə boyun əyməməsi, Paşinyanın arxasında dayanan qüvvələrin verdiyi vədlərin həyata keçirilməsinin mümkün olmaması barədə inamdır. Bəli, Paşinyan artıq başa düşür ki, nə Fransa, nə bütünlükdə Avropa İttifaqı, nə də ABŞ Azərbaycan və Türkiyənin marağı olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək qüdrətinə malik deyillər. Paşinyanın düşüncəsində baş verən bu dəyişiklik onu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məcbur edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla