Budapeşt, 24 aprel, AZƏRTAC
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Macarıstan XİN-in mətbuat xidmətində məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, Peter Siyarto Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt