AZ

Tavuşda və İrəvanda kütləvi etirazların təşkilinin arxasında KİM DAYANIR? - ŞƏRH

Tavuşda və İrəvanda kütləvi etirazların təşkilinin arxasında KİM DAYANIR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Tavuş və İrəvan ərazisində kütləvi eitraz aksiyaları davam edir. Artıq kütləvi etirazların qarşısının alınması ilə bağlı yollar bağlanır və kütləvi həbslər başlayıb. Ermənistan polisi "Vətən naminə Tavuş" təşəbbüsünün fəallarını saxlayıb. O, cümlədən Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunu, Alaverdi və Noyemberyan yollarının kəsişməsini bağlamağa cəhd edən digər fəallar da saxlanılıb. Baş verən hadisələrə diqqət yetirsək, Tavuş və İrəvanda başlayan kütləvi etirazların arxasında kim dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib kİ, Qazaxın kəndinin qaytarılması ilə bağlı etiraz edənlərin səbəbkarları Ermənistanın daxilində olan müxalif qüvvələrin təhriki ilə bağlıdır. Belə ki, bu qüvvələr vəziyyəti daha da gərginləşdirir. Onlar Qarabağ kartından Ermənistan hakimiyyətinə qarşı istifadə etməyə çalışırlar:

" Hakimiyyətə təsir etməyə və dəyişdirməklə bağlı addımlar atırdılar. Amma Ermənistan cəmiyyətində Qarabağ ilə bağlı məsələ istədikləri effekti vermədi. Paşinyanın belə bir mövqeyi var idi ki, Qarabağı verirsə, bu dəfə Ermənistanı soruşacaq. İndi bunu fürsət olaraq görürlər. Onlar Qazaxın kəndlərini Ermənistan ərazisi adlandırırlar. Göstərməyə çalışırlar ki, Paşinyan artıq Ermənistan ərazilərini təhvil verməyə çalışırlar. Bu məsələnin arxasında Ermənistanın müxalifəti və erməni kilsəsi dayanır. Hansı ki, daşnaklar və erməni millətçiləri var ki, onlar uzun müddətdir bütün ideologiyanı bunun üzərində qoyublar. Bütün bu siyasəti Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində qurublar. Ölkələrə gəldikdə isə burada ölkədən daha çox erməni diasporu yol oyanır. Bu məsələni alovlandırmaqda maraqlıdırlar".

Asif Nərimanlının sözlərinə görə, məlumatlara baxdıqda etirazlar təkcə, sərhəd istiqamətində deyil, digər ərazilərdə iğtişaşlar başlayıb. O cümlədən Nikol Paşinyan sərhəd bölgələrdə yaratdığı komissiya var idi. Artıq həmin komissiyanın üzvləri istefa verməyə başlayıblar:

"Nəticə olaraq hakimiyyəti dəyişdirmək ehtimalı zəif görünsə belə, müəyyən bir müqavimət forması yaratmaq istəyirlər. Burada istisna edilməməlidir ki, erməni diasporunun aktiv olduğu Fransanın bu iğtişaşları yaratmaqda maraqlı ola bilər. Makron hakimiyyəti Paşinyan ilə birlikdə çalışsa belə, bir çox məsələdə, xüsusilə Azərbaycan və Ermənistan arasında bir anlaşmanın olmasında maraqlı deyil. Xüsusən ikitərəfli danışıqların olmasını istəmir. Fransanın istəyi vasitəçilik yolu ilə bölgəyə daxil olmaq istəyir və bu iğtişaşların yaranmasında olması ehtimalını istisna etməməliyik. Amma bu birbaşa özü yox, erməni diasporunun əli ilə edilmiş bir addımın ola biləcəyini düşünürəm".

Seçilən
87
11
Mənbələr
Şərh ()
Bağla