AZ

“Sırf klub sayı artsın deyə, 12 komanda eləməyin mənası yoxdur”

“Premyer Liqada komanda sayının artmasını mən də istəyirəm. Ancaq reallığı da qəbul etmək lazımdır. Keyfiyyətli artıma iki əlli razıyam. Çünki çempionatın səviyyəsini qaldırmaq üçün bu, vacibdir”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Füzuli Məmmədov növbəti mövsümdən Premyer Liqada klub sayının artması ilə bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Klublar bu məsələdə ciddi işləməlidir. Komandalarda infrasturktur, baza, stadion və güclü maliyyə dəstəyi olmalıdır. Sırf sayı artsın deyə, 12 klub eləməyin mənası yoxdur. Bu gün I Liqada 3-4 komanda var ki, elitaya gəlmək istəyir. Amma baxaq görək, hansının Premyer Liqa üçün tam şəraiti var. Peşəkar yanaşmaq lazımdır. Tələbləri yerinə yetirəcək klubların Premyer Liqaya vəsiqə qazanmasına qarşı deyiləm”.

“Neftçi”nin sabiq çalışdırıcısı çempionatda sonuncu yeri tutanın aşağı liqaya düşməsini və idman prinsiplərinin qorunmasının vacib olduğunu vurğulayıb:

“Qəbələ”də çox yaxşı infrastruktur var. İstəməzdim ki, belə bir komanda I Liqaya düşsün. Amma idman prinsipləri də qorunmalıdır. Çünku bu da inkişafdır. I Liqada hansı komanda Premyer Liqaya hazırdısa, o klub gəlməlidir. “Qəbələ” PL-dən getsə, o demək deyil ki, klubun infrasturkturu dağılmalıdır. Baza, meydançalar qorunmalıdır. Çünki “Qəbələ” növbəti mövsüm yenidən Premyer Liqaya yüksələ bilər”.

Həsən Quluzadə 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla