AZ

2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq

Laçın. Trend:

Azərbaycan hökuməti 2026-cı ilədək Laçına 5 mindən çox sakiniqaytarmağı planlaşdırır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçınrayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov "COP29 və Azərbaycanüçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsindəkonfransda deyib.

"2026-cı ilin sonunadək Laçına 5 mindən çox insanınrepatriasiyasını planlaşdırırıq. 2035-ci ilədək Laçın əhalisibütünlükdə təqribən 12000-13000 nəfər olacaq", - o deyib.

M.Məmmədov həmçinin qeyd edib ki, xüsusən rayonun Azərbaycanın10 ən böyük rayonları syiahısına daxil olduğunu nəzərə alsaq,Laçında mina problemi sakinlər və biznesin aparılması üçün ciddimaneə təşkil edir.

"Bugünədək Laçın şəhərinə 2 minə yaxın sakin qayıdıb. Burada500-dən çox yeni ev və 150-dən çox yeni yaşayış kompleksi inşaolunub", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzluekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış"mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinəbaşlayıb.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlərvə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişafvə "yaşıl" enerji sahəsində təcrübələrini bölüşüblər.

Aprelin 23-də onlar ADA Universitetində "COP29 və AzərbaycanaYaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edib vəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallarünvanlayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
33
5
Mənbələr
Şərh ()
Bağla