Gəncə Şəhər Birləşmiş Xəstəxanasının peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub.
Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, xəstəxananın nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 2 yaşlı (kişi cinsli) uşaq anadangəlmə sindaktiliya diaqnozu ilə yerləşdirilib.
Müayinələri aparılan pasiyent həkim-travmatoloq-ortoped Rahib İsgəndərzadə və uzman həkim-reanimatoloq-anestezioloq Murad Musayev tərəfindən uğurla əməliyyat edilib.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.