AZ

Azərbaycana gələn turistlərin sayı iki dəfə artacaq - Millət vəkili

“Azərbaycan turizm potensialı baxımından böyük üstünlüklərə malikdir. Bu səbəbdən ildən-ilə ölkəyə gələn turistlərin sayı artır. Ötən il ölkəyə iki milyondan artıq turist gəlib. Bu il də onların sayının artacağı gözlənilir. Yeni destinasiyalar var. Xüsusilə Çin, Hindistan və digər Asiya ölkələrindən Azərbaycana gələnlərin sayında artımlar müşahidə olunur”.




Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərimizin turizm potensialı kifayət qədər böyükdür. Bərpa, yenidənqurma və məskunlaşma prosesindən sonra bu bölgələrin kifayət qədər turist cəlb edəcəyi gözlənilir:

“Kəlbəcər Qafqazda istirahət, müalicə, tarixi və dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı qısa zamanda Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Gözlənilir ki, işğaldan azad edilən ərazilərin bərpasından sonra Azərbaycana gələn turistlərin sayı mərhələli şəkildə 4 milyona qədər yüksələcək. Bu da öz növbəsində ölkəyə daxil olan valyutanın həcmində turizmin payının kəskin artmasına səbəb olacaq”.

Sevinc
BakuPost
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla