AZ

Klublar Komitəsi nə vaxt yığışacaq?

AFFA-nın Klublar Komitəsinin aprelin 9-da keçirilən son iclasında qərara alınmışdı ki, klublar ölkə futbolunun müxtəlif sahələrinin inkişafı üçün təkliflər hazırlasınlar.

Daha iki belə iclas keçiriləndən sonra təkliflər toplusu AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq. Bəs Klublar Komitəsinin növbəti iclası nə vaxt olacaq?

“Football-plus.az”ın sualına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli cavab verdi:

“Klublar Komitəsinin növbəti iclasının tarixi hələ məlum deyil. Amma gözlənilir ki, AFFA İcraiyyə Komitəsinin iclasına kimi keçirilsin”.

ELMİN
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla