AZ

“Arsenal” “Bləkbörn”ün tarixi nailiyyətini təkrarladı

İngiltərə Premyer Liqasının 29-cu turunda “Çelsi” üzərəində 5:0 hesablı ev qələbəsi “Arsenal” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Premyer Liqanın cari mövsümü çərçivəsində “topçular” evdə “Çelsi” (5:0), “Liverpul” (3:1), “Mançester Siti” (1:0) və “Mançester Yunayted” (3:1) üzərində qələbələri sıralayıblar.

Bu da Premyer Liqa tarixi ərzində ancaq “Bləkbörn”ə müyəssər olub.

30 il qabaq, 1993/1994 mövsümündə “Bləkbörn” Premyer Liqanı 2-ci sırada tamamlamışdı. O vaxt “avaralar” hər iki oyunda “Çelsi” (2:1, 2:0), “Liverpul” (1:0, 2:0), “Mançester Siti” (2:0, 2:0) üzərində qələbələr qazanmış, “Mançester Yunayted” isə bir oyundan canını məğlubiyyətdən qurtararaq, heç-heçə oynamışdı (2:0, 1:1).

Hazırda “Arsenal” 34 oyundan 77 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideridir. “Çelsi” isə 32 oyundan 47 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla