AZ

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Azərbaycan

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində keçiriləcək iki beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millinin heyətində Diana Dımçenko və Bəhmən Nəsiri Avropa Olimpiya Təsnifat Reqatasında mübarizə aparacaq. Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığmanın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında qüvvəsini sınayacaq.

Hər iki yarış aprelin 25-28-də təşkil olunacaq.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla