AZ

Kapitan 15 il sonra komandadan ayrılır

style='margin-bottom:10px;'>

"Atletik"in kapitanı və yarımmüdafiəçisi İker Munyain mövsümün sonunda klubu tərk etmək qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu cari mövsümün sonunda 15 illik "Atletik" karyerasına yekun vuracaq.

Munyain "Atletik"in yetirməsidir. O, Bilbao komandasında 557 matçda iştirak edib. İspaniyalı vinger klub tarixində bu göstəricidə 2-ci yeri tutur. 

Munyain "Atletik" ilə birlikdə iki dəfə İspaniya kubokunu və ölkə Superkubokunu qazanıb. O, bu mövsüm 22 oyun keçirib və 2 qol vurub.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla