AZ

Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir - ŞƏRH

Bakı. Trend:

2022-ci ildə Ukraynada müharibənin başlaması həm regiondakı, həmdə ondan kənardakı ölkələrin iqtisadiyyatlarına böyük zərəryetirib. Mənfi təsir xüsusən Asiya və Avropanı birləşdirən ənənəvinəqliyyat marşrutlarında hiss olunub.

Belə ki, Asiya və Avropanın iri aktorları qitələrarası yükaxınlarının bərpası üçün alternativ marşrutlardan istifadə etməkqərarına gəlib. Bunlardan biri Qazaxıstan, Azərbaycan, Gürcüstan vəTürkiyə ərazisindən keçən Orta Dəhlizdir.

Marşrut hazırda ənənəvi yük həcmlərini çatdırmaq imkanına malikolmasa da, genişləndirilmə potensialı mövcuddur və bu, marşrutüzərindəki ölkələrin nəqliyyat infrastrukturunun inkişafınainvestisiya yatırmaq niyyətini bildirən beynəlxalq maliyyəinstitutlarının təhlil və hesabatları ilə təsdiqlənir.

Məlum olduğu kimi, aprelin ortalarında Qazaxıstan prezidentiKasım-Jomart Tokayev Ermənistana ilk dəfə səfər etdi ki, bu daCənubi Qafqazda yeni reallıqlar yaradıldıqdan sonra iki ölkəarasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addım kimiqiymətləndirmək olar. Əgər əvvəl Qazaxıstanın Qarabağ münaqişəsiilə bağlı mövqeyi Ermənistanla səmərəli iqtisadi əməkdaşlıqqurmağın önündə müəyyən qədər maneə idisə, indi, Azərbaycan özərazilərini azad etdikdən, eləcə də sülh sazişi imzalamaq imkanıyarandıqdan sonra tunelin sonunda işıq görünür.

Əlbəttə, Qazaxıstan və Ermənistan arasında iqtisadi əməkdaşlığınmöhkəmləndirilməsinə yalnız Bakı və İrəvan arasında sülh imkanyarada və nəticədə iki ölkənin əlaqələndirilməsi üçün marşruttəqdim edə bilər. Yəni, sülh və nəqliyyat kommunikasiyalarınınaçılması əlbəttə, Ermənistanın Mərkəzi Asiya ölkələri, Çin və digərAsiya ölkələri ilə ticarət dövriyyəsinin artmasına imkanyaradacaq.

10 il əvvəl bəlkə də heç kim bu cür danışıqların aparılabiləcəyini düşünməyib, lakin 2020-ci ildən sonra Azərbaycanınregionda yaratdığı reallıq bu barədə düşünməyə imkan verir.

Bununla əlaqədar olaraq, qazaxıstanlı politoloq, "Kemel Arna"İctimai Fondunun direktoru Zamir Karajanov Azərbaycan və Ermənistanarasındakı sülhdən ölkələrin, xüsusən Qazaxıstanın mümkün qazancıbarədə öz fikirlərini Trend-lə bölüşüb.

Politoloqun qeyd etdiyi kimi, sülh sazişi, Azərbaycan-Ermənistanmünasibətlərinin normallaşması və nəqliyyat kommunikasiyalarınınaçılması bütün region ölkələrinə, eləcə də Qazaxıstana fayda gətirəbilər.

"Düşünürəm ki, Qazaxıstan və region ölkələri Cənubi Qafqazdavəziyyətin normallaşmasından fayda əldə edəcək. Vəziyyətinnormallaşmsı geniş imkanlar açır, yəni hazırda olan bizim üçün sonhədd deyil. Həmçinin əksər regionlarda, o cümlədən Yaxın Şərqdəvəziyyətin inkişafını nəzərə alaraq demək olar ki, hazırda Asiya vəAvropa arasında yük daşımaları üçün ən stabil marşrut məhz OrtaDəhlizdir. Onun köməyilə yük daşımalarının həcmini artıra buhəcmlərin hesabına necə deyərlər, firavan yaşaya bilərik", - odeyib.

Karajanovun sözlərinə görə, vəziyyətin bu cür inkişafı həmçininregion ölkələri arasında investisiya həcmlərinin artmasına imkanyaradacaq.

"Anlayırıq ki, nəqliyyat aysberqin görünən hissəsidir. O mütləqdigər sahələri, investisiyalar, mədəniyyət, təhsil və s. sahələrdəəməkdaşlığı da öz ardınca aparmalıdır. Yəni bütün bu aspektləryalnız güclənəcək", - deyə politoloq bildirib.

Karajanovun sözlərinə görə, Ermənistan bütün bu regionallayihələrin ondan yan ötdüyünü görür və anlayır, ölkə rəhbərliyi bulayihələrdə iştirak etməməklə itirdiklərini dərk edir.

"Bu səbəbdən düşünürəm ki, Ermənistan bunda maraqlıdır. Hazırdatərəflər arasında sülh sazişinin bəndlərinin müzakirəsi gedir vəorada tamamilə real məqsədlər qoyulur. Bu, ərazi bütövlüyününqarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası vəs.dir. Yəni, Ermənistan və Azərbaycan hər şeyi bir paket halındahəll etmək, sülh sazişi imzalamaq və hər hansı məsələnirazılaşmaların ikinci hissəsinə keçirməmək istəyir. Fikrimcə, busülh sazişində iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığa dairbəndlərin də müəyyən edilməsi tamamilə mümkündür. Bu həm nəqliyyatvə ekologiya, həm də təhlükəsizlik sahəsi, misal üçün, silahlaraqarşılıqlı nəzarət ola bilər. Yəni artıq bu cür məsələlər müzakirəolunur. Bu birmənalı şəkildə ölkələrin iki addım önə baxdığındanxəbər verir. Ölkələrin bu cür praqmatik mövqeyi həm sülh sazişi,həm də növbəti mərhələlər üzrə həqiqətən çox yaxşı gözləntiləryaradır", - deyə o qeyd edib.

Qazaxıstanlı politoloq, Beynəlxalq İT Universitetinin QazaxıstanTarixi və Media Kommunikasiyaları kafedrasının professoru SakenMukan isə öz növbəsində Trend-ə bildirib ki, Qazaxıstan, şübhəsiz, Qarabağməsələsinin həllini həm Azərbaycan, həm də Ermənistanlamünasibətlərin inkişafına təkan verən irəliləyiş olaraq görür.

Azərbaycan ərazisi vasitəsilə Ermənistana mümkün nəqliyyatmarşrutunun açılmasından danışan politoloq bu sayədə Astana vəİrəvan arasında ticarətin asanlaşa biləcəyini qeyd edib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərizamanı Qazaxıstan məmurları dəfələrlə Qazaxıstan və ErmənistanKİV-inə bildirib ki, tərəflər arasında əmtəə axını İran vəTürkmənistan ərazisindən keçir. Təbii ki, marşrut həm logistika,həm də rəsmi səbəblərdən vəziyyəti çətinləşdirir. Türkmənistanagiriş üçün viza tələb olunduğundan, yekun istehlakçı bu mallarıdaha yüksək qiymətə əldə edir. Avrasiya İqtisadi Birliyi (AİB)çərçivəsində əməkdaşlığın mahiyyəti və məntiqi əksinə, əməkdaşlığınyaxşılaşmasına imkan yaratmaq əvəzinə onu daha da pisləşdirir", - odeyib.

Onun fikrincə, İran ərazisindən keçən marşrut məhsulların ixracvə idxalını məhdudlaşdırır.

"İkinci aspekt İrandır, Ermənistanın şərab-su məhsulları bu ölkəərazisindən üçüncü ölkələrə ixrac məhsulu kimi buraxılmır. Nəticəetibarilə, Qazaxıstan Ermənistanın regionda nəqliyyat layihələriningələcək inkişafına qoşulmasında maraqlıdır", - deyə o əlavəedib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla