AZ

Samuel Tetteh və Ülvi İsgəndərov “Zirə”yə qarşı oynamayacaqlar

“Qəbələ”nin iki futbolçusu – Ülvi İsgəndərov və Samuel Tetteh Azərbaycan Kubokunun yarımfinalda “Zirə”yə qarşı oynamayacaqlar.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə evdə keçiriləcək cavab oyununun hazırlıq prosesini başa vurub.

Zədəli olan iki futbolçu komandanın məşqində iştirak etməyib. Ülvi İsgəndərov və Samuel Tetteh hazırlığa qatılmayıblar.

Qeyd edək ki, bu gün – aprelin 24-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşmasına saat 17:00-da start veriləcək.

Bu komandalar arasındakı ilk oyunda “Zirə” “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlib.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla