AZ

Rusiyadakı terakta bənzər hücum... - FTB

ABŞ Moskvadakı “Krokus Siti Holl”da baş vermiş terror aktına bənzər islam ekstremistlərinin koordinasiyalı hücumu ehtimalından narahatdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-nin Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.

Onun sözlərinə görə, ABŞ-da terror təhlükəsi yüksək olaraq qalır:

“Bir neçə həftə əvvəl Rusiyada bir konsert zalında “Krokus”da İŞİD-K-dan gördüyünüzdən çox da fərqlənməyən bir növ koordinasiyalı hücum ehtimalı bizi getdikcə daha çox narahat edir”.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla