AZ

Gürcüstan bu ölkənin vətəndaşlarının vizasız qalma müddətini uzatdı

Gürcüstan hökuməti Ukrayna vətəndaşlarının ölkədə vizasız qalma müddətini üç ilə qədər artırmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, “Vətəndaşlarının Gürcüstana vizasız gedə biləcəyi ölkələrin siyahısının təsdiq edilməsi haqqında” hökumətin qərarında müvafiq dəyişiklik edilib.

Əvvəllər Ukrayna vətəndaşlarının Gürcüstan ərazisində vizasız qalma müddəti bir il idi. 2023-cü ilin fevralında bu müddət iki ilə uzadıldı.

BMT-nin məlumatına görə, 2023-cü ilin oktyabrına olan məlumata görə, Gürcüstanda 27 minə yaxın Ukrayna vətəndaşı var.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla