AZ

“Kalaşnikov” orduya yeni dronlar təklif edib - FOTO

“Kalaşnikov” Rusiya Müdafiə Nazirliyinin mütəxəssislərinə özünün yeni perspektivli pilotsuz uçuş aparatlarını təqdim edib.

Herbiand.az Konsernin mətbuat xidmətinə istinadən bildirir ki, yeni modellər arasında “Karakurt” və “Skat-350M” dronları, həmçinin “Kvazimaçta” avadanlığını qaldırma sistemi var.

“Karakurt” real vaxt rejimində vizual hava kəşfiyyatı aparmaq qabiliyyətinə malik kəşfiyyat mini-PUA-dır.

“Skat-350M” optik və infraqırmızı diapazonlarda gecə-gündüz hava kəşfiyyatı üçün nəzərdə tutulub.

“Kvazimaçta” elektrik kabeli vasitəsilə yerüstü məlumat stansiyası ilə yüksək sürətli məlumat mübadiləsini təmin edir. Platforma radio səssiz rejimində işləmək qabiliyyətinə malikdir və ən azı 24 saat havada qalır. Bundan əlavə, GCS və operatoru PUA-nın uçuş nöqtəsindən 500 metr uzaqlaşdırmaq mümkündür.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
30
25
Mənbələr
Şərh ()
Bağla