AZ

Mikayıl Həsənli: " Sülh müqaviləsinin  baza prinsipləri razılaşdırılırsa,..."

COP28-in dekabrın 11–də keçirilən plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Ötən ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bir sözlə, Ermənistan Azərbaycana dəstək oldu. O zaman COP-29-da Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözləniləndirmi?

Mövzuya münasibət bildiriən Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri  Mikayıl Həsənli qeyd etdi ki, sülh müqaviləsinin  baza prinsipləri razılaşdırılırsa, bu mümkündür:

“Namizədliyin geri çəkilməsi əməkdaşlıq meyllərinin təzahürü idi. Məncə, danışıqlar hazırkı müsabət tempdə davam etsə,  bu baş verəcək. Baş nazir olmasa da, yüksək səviyyəli  nümayəndə heyətinin iştirakı gözləniləndir”.

Emin ŞİRVANZADƏ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla