AZ

Tramp ABŞ iqtisadiyyatını tənqid etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika iqtisadiyyatını dəyərsiz və ölkəni dünyanın qalan hissəsi üçün zibilxana adlandırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Action News yazır.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden tarixdə ən pis Amerika lideridir.

Baydenin immiqrasiya siyasətlərindən danışan Tramp deyib ki, ABŞ “dünyanın qalan hissəsi üçün zibilxanaya” çevrilib.

Tramp ABŞ-a qeyri-qanuni yollarla gələnlərin keçmiş məhbuslar olduğunu vurğulayıb.

Bundan əvvəl Bayden bildirib ki, ABŞ dünya səhnəsini tərk edərsə, dünya lidersiz qalacaq.

Floridada seçkiqabağı tədbirdə çıxış edən Baydenin sözlərinə görə, ABŞ ən vacib ölkədir. Dövlət başçısı belə bir bəyanatın zarafat və ya öyünmə olmadığını vurğulayıb. Və əgər Birləşmiş Ştatlar, keçmiş prezident Donald Trampın istədiyi kimi dünya səhnəsindən geri çəkilsə, o zaman dünya lideri kim olacaq? - Bayden ritorik şəkildə soruşub.

Nicat
 

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla