AZ

Jiru MLS klubu ilə razılığa gəlib

Fransa millisinin və “Milan”ın futbolçusu Olivye Jiru “Los-Anceles”lə müqaviləni razılaşdırıb.

İdman.biz xəbər verir ki, 37 yaşlı hücumçu 1,5 illik anlaşma imzalayacaq.

Müqavilədə sonradan uzadılma bəndi də yer alacaq. Jirunun illik maaşı 3 milyon avro olacaq.

Forvard yeni klubuna AVRO-2024-dən sonra qoşulacaq. O, MLS təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Olivye cari mövsümün 42 matçında 15 qol və 9 assistə imza atıb.

İdman.biz

Seçilən
25
4
Mənbələr
Şərh ()
Bağla