“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.
Pravda.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev deyib.
Qurum rəsmisi bildirib ki, kimsə nikaha məcbur edilə bilməz:
“Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb”.
Aytəkin Qardaşova
Tarix: 24 Aprel 2024, 13:37