AZ

“Alen Simonyan bütün qırmızı xətləri keçdi” – Valentina Matviyenko

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Assambleyasından Alen Simonyanın son açıqlamaları ilə bağlı rəsmi izahat tələb etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xatırladaq ki, Milli Assambleyanın sədri Alen Simonyanın Avropa İttifaqına üzv dövlətlərin parlament rəhbərlərinin konfransındakı çıxışında “Ermənistan Ukrayna, Moldova, Gürcüstan və Kiprin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir” bəyanatı Moskva rəsmilərini qıcıqlandırıb. Bundan başqa, Ermənistan parlamentinin rəhbəri Rusiyanın Ukraynadakı hərəkətlərini işğal faktı kimi qiymətləndirib.

“Ermənistan parlamentinə rəhbərlik edən həmkarıma sual vermək istəyirəm ki, o, kimin adından danışır. Əminəm ki, Rusiyanın çoxəsrlik dostluq əlaqələri olan erməni xalqı adından danışmır. Biz bu cür anti-Rusiya çıxışlarına göz yuma bilmərik. Mən Ermənistan parlamentinə yazılı məktub göndərərək Simonyanın kimin adından danışdığını və Ermənistan parlamentinin həmin toplantıda verilən qərarlarla şərik olub-olmadığını öyrənməyə çalışıram”, – Matviyenko vurğulayıb.

“Onun bu cür ifadələri sadəcə olaraq utanc hissi yaradır. O, bütün qırmızı xətləri keçdi”, – Matviyenko fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
17
21
Mənbələr
Şərh ()
Bağla