AZ

COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin reallaşma imkanları uzaq görünmür – Politoloq

Azərbaycanla Ermənistan arasında ləyaqətli sülh müqaviləsinin imzalanmağı və iki ölkə münasibətlərinin barış, qarşılıqlı anlaşma və etimad şəklində davam etdirilməyi Azərbaycanın prioritet məsələlərindən biridir.

Bu fikirləri Herbiand.az-a politoloq Tural İsmayılov bildirb. Qeyd edib ki, Azərbaycan regionda qalib tərəf kimi şərtləri diqtə edir:

“Ölkəmizin diqtə etdiyi şərtlər nəinki Ermənistanı geriyə atır, əksinə Ermənistan üçün bir nəfəslik rolu oynayaraq onu normal bir dövlət halına gətirə bilər. Amma biz hətta 2023-cü ilin sonlarında sülh müqaviləsinin heç olmasa ilkin versiyasının imzalanma ehtimallarını yüksək sayırdıq. Hətta keçən ilin sentyabr ayında Xankəndidə keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanla Ermənistan arasında real sülh müqaviləsinə yaxınlaşmaq imkanları daha da genişlənmişdir. Amma hadisələrin sonrakı dövrdə inkişafı onu göstərdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq xəttinə çox da yaxın dayanmır. Baxmayaraq ki, Ermənistan hakimiyyəti sülhlə bağlı beynəlxalq auditoriyanı aldadan açıqlamalar verir. Və həmçinin guya sülhpərvər bir mövqedə olduğunu göstərməyə çalışır”.

Politoloqun sözlərinə görə, faktiki məsələ ondan ibarətdir ki, Ermənistanın bütün bu addımlarına və açıqlamalarına rəğmən reallıqda Ermənistan həqiqi sülh müqaviləsinin imzalanma imkanlarını sabotaj edir:

“Burda əslində sülhə mane olan tərəf Ermənistan yox, Ermənistan maskası geyinən neoimperialist şəbəkələrdir ki, bunların da başında heç şübhəsiz Fransa və kollektiv Qərb qüvvələri dayanır. Və hesab edirəm ki, o həmin qüvvələr Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməyinə əsas qarşı çıxan ölkələrdir. Amma COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin reallaşma imkanları da uzaq görünmür”.

Elnurə İSAXAN

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla