AZ

QHT layihənin icrasını tamamladı

AZƏRBAYCAN  RESPUBLİKASI  GƏNCLƏR  FONDU  QRANT MÜSABİQƏSİ  ÇƏRÇİVƏSİNDƏ   "Gənclik və Maarifçilik” İB-nin   «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə  bağlı  gənclərin maarifləndirilməsi  tədbirlərinin təşkili»  layihəsinin icrası  tamamlanmışdır.     Layihənin məqsədi  "Azərbaycan 2030: Sosial-iqtisadi  inkişafa  dair  Milli Prioritetlər”ində  müəyyən  edilmiş  inkişaf  istiqamətləri ilə gəncləri yaxından tanış etmək,  bu əsasda onların  gələcək təhsil və karyeralarını  planlaşdırmasına kömək etmək idi. 
Məlum olduğu  kimi milli prioritetlərdə  5  istiqamət qeyd edilir:  dayanıqlı,  artan,  rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir  innovasiyalar  məkanı, işğaldan azad olunmuş  ərazilərə böyük  qayıdış.  Layihə çərçivəsində təhsil müəssisələrində "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı gənclərin maarifləndirilməsi  üçün  dəyirmi  masalar  təşkil edilmişdi. 
Layihə çərçivəsində ADPU-nun tələbələri ilə bir sıra  maarifləndirici söhbətlər aparılmışdır. Dekabr ayında başlanmış layihə 5 ay  davam etmişdir.
 
 
 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla