AZ

Federal Təhqiqatlar Bürosu (FTB) narahatdır: “Crocus City Hall”da törədilən terror aktı ABŞ-da təkrarlana bilər

ABŞ Moskva yaxınlığındakı islam ekstremistlərinin “Crocus City Hall”da törətdikləri terror aktına bənzər koordinasiyalı hücumu ehtimalından narahatdır.

Editor.az bildirir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey bəhs edib. Onun sözlərinə görə, ABŞ-da terror təhlükəsi yüksək olaraq qalır: “Biz evimizdə bir növ koordinasiyalı hücum ehtimalından getdikcə daha çox narahatıq ki, bu da bir neçə həftə əvvəl Rusiyada bir konsert salonunda İŞİD-K-dan (Vilayət Xorasan) gördüyünüzdən çox da fərqli olmaya bilər – deyə Rey NBC telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, martın 22-də bir qrup silahlı şəxs “Crocus City Hall”a atəş açmağa başlayıb və bundan sonra binada yerləşən konsert zalını yandırıblar. 144 nəfər həlak olub, 500-dən çox adam yaralanıb

//Samir Qurbanov, Editor.az

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla