Şuşa Qarabağda elektrik avtobuslarının işləyəcəyi ilk şəhər olacaq.
FED.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında keçirilən konfransda bildirib.
O qeyd edib ki, avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur.
“Şuşa artıq bu avtobuslardan dördünü alıb. Onlar yerli dağlıq mənzərədə özünü yaxşı tərəfdən göstərib, gələn ay istifadəyə veriləcək”, - o deyib. (Trend)